Azərbaycan - İtaliya oyununun biletləri satışa çıxarıldı

Avro-2016-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da, saat 21:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İtaliya oyununun biletləri satışa çıxarılıb.

Trend AFFA-nın saytına istinadən məlumat verir ki, biletləri "Bakcell Arena"nın kassalarında və Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri mərkəzində əldə etmək mümkündür.

Qarşılaşmanın biletlərinin qiyməti:

1-ci kateqoriya - 4 AZN
2-ci kateqoriya - 2 AZN
3-cü kateqoriya - 1 AZN

VİP - 50 AZN

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31