Bakı "İnter"inin sabiq futbolçusu Xorvatiya klubunda
11 Sentyabr 2015 19:50 İdmanBakı "İnter"inin sabiq futbolçusu Matiya Şpiçiçin yeni komandası bəlli olub. Qol.Az-ın Xorvatiya mətbuatına istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçu karyerasını "Osiek"də davam etdirəcək. Xorvatiyalı futbolçu yeni klubu ilə rəsmi müqavilə imzalayıb. Lakin müqavilənin müddəti açıqlanmayıb.
Qeyd edək ki, "Osiek" klubu Xorvatiya çempionatında geridə qalan 8 turdan sonra 5 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. Xatırladaq ki, 2013-2015-ci illərdə "İnter"də çıxış edən Şpiçiç keçirdiyi 36 oyunda 6 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31