İngiltərədə avqustun ən yaxşıları seçildi

İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşıları müəyyənləşib. Qol.Az-ın İngiltərə Peşəkar Futbol Liqasının saytına istinadən yaydığı xəbərə görə, "Suonsi"nin yarımmüdafiəçisi Andre Ayyu ötən ayın ən yaxşı futbolçusu seçilib. O, avqustda 4 qol vurub. "Mançester Siti"nin çalışdırıcısı Manuel Pelleqrini  isə ən yaxşı baş məşqçi mükafatına layiq görülüb. Onun komandası avqustda ard-arda dörd oyunda qalib gəlib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31