Futzal millimiz dünya reytinqində irəlilədi

Futzal üzrə milli komandaların yeni reytinq siyahısı açıqlanıb. Qol.Az-ın məlumatına görə, Azərbaycan yığması ötən ayla müqayisədə bir pillə irəliləyib. Aktivindəki xal sayını 1364-ə yüksəldən komandamız Sloveniyanı qabaqlayaraq 13-cü pillədə qərarlaşıb.  "Avro-2016"nın pley-off mərhələsində qarşılaşacağımız Slovakiya yığması da bir pillə irəliləyib. Slovakiya millisi hazırda 1223 xalla 22-ci pillədə yer alıb. Millimizin "DÇ-2016"nın seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya 1340 xalla 15-ci, Belarus isə 1222 xalla 23-cü olub.

Qeyd edək ki, siyahıya yenə 1922 xalla İspaniya başçılıq edir. Braziliya ikinci, Rusiya isə üçüncü pillədə qərarlaşıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31