"Rubin" baş məşqçisini istefaya göndərdi
11 Sentyabr 2015 19:40 İdman"Rubin" baş məşqçisi Rinat Bilyaletddinovu istefaya göndərib. Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun baş direktoru İlqiz Faxriyev məlumat verib. O bildirib ki, komandanın bu mövsüm uğursuz çıxışı səbəbindən 57 yaşlı mütəxəssislə müqavilənin müddəti qarşılıqlı razılaşma ilə ləğv edilib.
Qeyd edək ki, "Rubin" Rusiya Premyer Liqasında 7 turdan sonra 3 xalla 15-ci pillədə qərarlaşıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31