"Çelsi"də şok itki: iki ay oynamayacaq
11 Sentyabr 2015 19:35 İdman"Çelsi"nin qapıçısı Tibo Kurtua tibbi müayinədən keçib. Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, məşq zamanı dizindən zədələnən belçikalı qolkiperin ən az iki ay yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Bu isə o deməkdir ki, T.Kurtua Çempionlar Liqasında "Makkabi, "Portu", İngiltərə Premyer Liqasında "Everton, "Nyukasl", "Sauthempton" və İngiltərə liqa kubokunda "Arsenal", "Uolsoll" oyunlarını buraxacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31