Bu ilin 6 ayında idmançılarımız 161 medal qazanıb

2015-ci ilin  I yarısında Olimpiya və qeyri-olimpiya idman növləri üzrə dünya, Avropa çempionat və birinciliklərində, kubok yarışlarında və İlk Avropa Oyunları da daxil olmaqla  57 qızıl, 43 gümüş  və 61 bürünc- cəmi 161 medal əldə edilib. Bu barədə məlumat "OLAYLAR"-a Gənclər və İdman Nazirliyindən daxil olub. Bildirilib ki, hesabat dövründə ölkəmizdə 19 ölkədən 32 idmançının iştirakı ilə stolüstü tennis üzrə Avropa Top-16 turniri, atçılığın konkur  növü üzrə qış kuboku beynəlxalq turniri, İlk Avropa Oyunlarına hazırlıqla əlaqədar 20 ölkədən 133 idmançının iştirakı ilə gimnastika idman növləri üzrə beynəlxalq test turniri və digər tədbirlər yüksək səviyyədə təşkil edilərək keçirilib. Hazırda  2015-ci ildə keçiriləcək şahmat üzrə Dünya kuboku, 2016-cı il Şahmat Olimpiadası və Formula 1 yarışlarına, 2017-ci ildə keçiriləcək İslam Ölkələrinin Həmrəylik Oyunlarına hazırlıq işləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31