"Qəbələ"nin rəqibində daha bir itki
10 Sentyabr 2015 21:00 İdman"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya" daha bir itki ilə üzləşib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisinin müdafiəçisi Erik Durm zədələnərək sıradan çıxıb. Dizindən zədə alan futbolçu dünən əməliyyat olunub. Belədə 23 yaşlı futolçu 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, ötən mövsüm "Borussiya"nın heyətində 18 oyuna çıxan Durm rəqib qapısına bir qol vurub. Xatırladaq ki, daha öncə "Borussiya"da Marko Roys, Pierre-Emerik Obameyanq və Lukas Pişekin zədəli olduğu bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31