"Sevilya"nın futbolçusu 6 həftəlik sıradan çıxdı

"Sevilya"nın müdafiəçisi Adil Rami zədələnərək sıradan çıxıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 29 yaşlı futbolçu futbolçu komandanın məşqində zədələnib. Sol ayağından zədə alan fransız futbolçu 6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Rami bu yay İtaliyanın "Milan" klubundan "Sevilya"ya transfer olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31