Neymardan yeni rekord
9 Sentyabr 2015 20:42 İdmanBraziliya millisinin hücumçusu Neymar yeni rekorda imza atıb. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "Barselona"nın futbolçusu yığma komandaların heyətində 46 qol vurmağı bacaran ən gənc futbolçu olub. Yeni rekord ABŞ-la keçirilən yoldaşlıq görüşünə təsadüf edib. Neymar Braziliya millisinin 4:1 hesabı ilə qələbə qazandığı oyunda dublla yadda qalıb.
Qeyd edək ki, 23 yaşlı futbolçu 46 qolu Braziliya yığmasında keçirdiyi 67 oyunda vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31