"Qəbələ"nin rəqibində daha iki itki
7 Sentyabr 2015 20:00 İdman"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Borussiya"nın daha iki futbolçusu zədələnib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlar Pierre-Emerik Obameyanq və Lukas Pişekdir. Qasıq nahiyyəsindən zədə alan Pişek Polşa, topuğundan zədələn Obameyanq isə Qabon yığmasından Dortmund klubunun düşərgəsinə erkən qayıdıb. Hər iki futbolçunun zədəsinin yüngül olduğu ehtimal edilir. Lakin bu barədə ətraflı məlumatı komandanın həkimi Markus Braun verəcək.
Qeyd edək ki, daha öncə "Borussiya"nın futbolçusu Marko Roys zədə səbəbindən Almaniya yığmasının heyətindən kənarlaşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31