"Bavariya"nın sabiq hücumçusu "Verder"də

"Bavariya"nın sabiq futbolçusu Klaudio Pissaronun yeni klubu müəyyənləşib. Qol.Az-ın xəbərinə görə, 36 yaşlı hücumçu "Verder"ə transfer olunub. Bu barədə Bremen təmsilçisinin saytı məlumat yayıb.  Onunla bu mövsümün  sonuna kimi müqavilə imzalanıb.

Qeyd edək ki, K.Pissaro ötən mövsüm "Bavariya"da oynayıb. Onun müqaviləsi başa çatdığı üçün bu yay Münhen klubundan ayrılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31