Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclası keçirilib
7 Sentyabr 2015 12:29 İdmanABŞ-ın Las Veqas şəhərində start götürəcək güləş üzrə Dünya çempionatı öncəsi Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin növbəti toplantısı keçirilib. AGF-dən "OLAYLAR"-a bildirilib ki, toplantıda Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti, DGB İK üzvü Namiq Əliyev də iştirak edib. Xatırladaq ki, bu, 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları öncəsi DGB İcriyyə Komitəsinin ilk toplantısıdır. Tədbirdə 2015-ci ilin yanvar ayından bu günə qədər DGB tərəfindən görülən işlər hesabatı dinlənilib, 2016-cı ilin yanvar ayında nəzərdə tutulan Olimpiya test yarışları, Rio Olimpiadasına hazırlıq və digər məsələlər müzakirə edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31