Rövnəq Abdullayev Cüdo Federasiyasının prezidenti seçilib
4 Sentyabr 2015 18:52 İdmanAzərbaycan Cüdo Federasiyasının (ACF) İdarə Heyətinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, iclasda SOCAR-ın prezidenti Rövnəq Abdullayev ACF-nin prezidenti seçilib. O, 1996-cı ildən bu postda olan Fizuli Ələkbərovu əvəzləyib. Abdullayev bildirib ki, yeni vəzifəsində Azərbaycan prezidenti İlham Əliyevin ona göstərdiyi etimadı doğrultmağa çalışacaq.
Qeyd edək ki, Abdullayev AFFA-nın da prezidentidi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31