Yığmamız Maltaya getdi

"Avro-2016"nın seçmə mərhələsində Malta ilə qarşılaşacaq Azərbaycan millisi bu gün adıçəkilən ölkəyə yola düşüb. Qol.Az-ın məlumatına görə, AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov da komandamızla birgə Maltaya səfər edib. Yığmamızın sabah matçın keçiriləcəyi Ta Qali stadionunda oyunöncəsi son məşqə çıxacağı gözlənilir.

Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək Malta - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31