Robben Türkiyəyə qarşı oynayacaqmı?
4 Sentyabr 2015 19:55 İdman"Avro-2016"nın seçmə mərhələsində Türkiyə ilə qarşılaşacaq Hollandiya millisi ciddi itki ilə üzləşib. Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, komandanın yarımmüdafiəçisi Aryen Robben zədələnərək sıradan çıxıb. İslandiya ilə görüşün ilk hissəsində zədələnən Robben 31-ci dəqiqədə əvəzlənib. 31 yaşlı futbolçu Türkiyə ilə matçda oynamayacağını bildirib: "Zədəmin nə dərəcədə ciddi olduğu hələlik məlum deyil. Ancaq Türkiyə ilə matçda 100 faiz oynamayacam".
Qeyd edək ki, sentyabrın 6-da keçiriləcək Türkiyə - Hollandiya oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31