“Rubin” baş məşqçisini istefaya göndərir

Kazanın "Rubin" klubu baş məşqçisi Rinat Bilyaletddinovu istefaya göndərəcək. Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığə xəbərə görə, Tatarstan hökuməti adıçəkilən məşqçi ilə müqavilənin ləğvi üçün klubun yeni prezidenti İlsur Metşinə tapşırıq verib. "Sport-ekpress" qəzeti isə yazıb ki, Bilyaletddinov komandanın dünənki məşqinə çıxmayıb. Böyük ehtimalla, o, bu gün rəsmən istefaya göndəriləcək. Digər xəbərə görə, "Rubin"in yeni baş məşqçisi Belarus BATE-sindəki faəliyyəti ilə məşhur olan Viktor Qonçarenko olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31