Malta – Azərbaycan: hakimlər müəyyənləşdi

"Avro-2016"nın seçmə mərhələsində sentyabrın 6-da keçiriləcək Malta - Azərbaycan matçının hakimləri müəyyənləşib. Qol.Az-ın UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Harald Lexner olacaq. Ona həmyerliləri Maksimilian Kolbitş və Andreas Ştaudinger köməklik edəcək. Andreas Haydenrayx isə dördüncü referi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da Ta Qali şəhərində keçiriləcək Malta - Azərbaycan Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31