Rəşad Sadıqov: "Prosineçki qədər bizə heç kim inanmayıb"
2 Sentyabr 2015 19:56 İdman"Prosineçki bizim yaxşı oynayacağımıza və uğurlu nəticə qazanacağımıza inanır. Bu, psixoloji cəhətdən çox önəmlidir". Qol.Az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov UEFA-nın rəsmi saytına açıqlamasında deyib. R.Sadıqov Prosineçki qədər yığmanın heç bir baş məşqçisinin onlara inanmadığını bildirib: "Prosineçki Norveçlə səfər oyunundan (0:0) öncə bizə minimum bir xal qazanacağımızı dedi və yanılmadı. Yığmadakı karyeram ərzində heç bir məşqçi bizə onun qədər inanmayıb".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31