"Xəzər Lənkəran" qalib gəldi

Milli komandamızın "Avro-2016"nın seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədə hazırlıqlarını davam etdirən "Xəzər Lənkəran" bu gün yoxlama görüşündə qüvvəsini sınayıb. Qol.Az-ın klubun rəsmi "facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, "Xəzər Lənkəran" əvəzedici komandası ilə qarşılaşıb. Oyun əsas komandanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Əsas komandanın qollarına L'imam Seydi və Zaman Mirzəzadə imza atıb. Əvəzedici komandadan isə Kamal Dənziyev fərqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31