"Qəbələ" və "Qarabağ" UEFA-nın toplantısında
2 Sentyabr 2015 19:35 İdmanAvropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" və "Qəbələ"nin mətbuat katibləri İsveçrənin Nyon şəhərinə dəvət olunublar. Ağdam klubundan Qol.Az-a verilən məlumata görə, "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla "Qəbələ"nin mətbuat xidmətinin Anar Hacıyev sentyabrın 3-də işə başlayacaq UEFA-nın toplantısında iştirak edəcəklər. İki gün davam edəcək toplantı avrokubokların qrup mərhələsində mübarizə aparacaq klubların mətbuat xidmətləri rəhbərlərinin iştirakı ilə baş tutacaq. İclasda oyunlar zamanı media ilə işin qurulması istiqamətində təlimlər keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31