"Qarabağ"ın rəqibi yarımmüdafiəçisini satdı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Tottenhem" futbolçusu Aaron Lennonu satıb. Qol.Az-ın xəbəribə görə, yarımmüdafiçi "Everton"a transfer olunub. Bu barədə klubun saytı məlumat yayıb. Onunla üç illik müqavilə imzalanıb. Transferin təzminat qiyməti barədə məlumat verilməyib.

Qeyd edək ki, A.Lennon bu ilin yanvarından mövsümün sonuna kimi "Everton"a icarə əsasında çıxış edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31