"Çelsi" daha bir transferi gerçəkləşdirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, London təmsilçisi "Nant"ın seneqallı futbolçusu Papi Djilobodji ilə 4 illik müqavilə imzalayıb. "Zadəganlar" Seneqal millisinin üzvü üçün Fransa klubuna 3 milyon funt-sterlinq ödəyib. 26 yaşlı müdafiəçi 2010-cu ildən "Nant"da çıxış edirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31