"Qəbələ" Ukraynaya getdi

"Qəbələ" "Avro-2016"nın seçmə mərhələsində Azərbaycan milli komandasının oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədə hazırlıqlarını ölkə xaricində davam etdirəcək. Qol.Az-ın məlumatına görə, Roman Qriqorçukun komandası bu gün səhər saatlarında Ukraynaya yola düşüb. Qəbələ təmsilçisi Odessa şəhərində 6 gün hazırlıq keçəcək.

Qeyd edək ki, "Qəbələ" Ukrayna toplanışı çərçivəsində "Çernomorets"lə yoxlama oyunu keçirməyi planlaşdırır. Qarşılaşma sentyabrın 6-da keçiriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31