"Azərbaycana qələbə üçün gedirik"
1 Sentyabr 2015 19:30 İdmanXorvatiya millisinin futbolçusu Mateo Kovaçiç "Avro-2016"nın seçmə mərhələsində Azərbaycan və Norveçlə oyun öncəsi açıqlama verib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, bütün matçların onlar üçün önəmli olduğunu deyib: "Azərbaycan və Norveçlə oyunlarda hədəfimiz 6 xal qazanmaqdır. Bilirik ki, bu, çətin olacaq. Ancaq Azərbaycan və Norveçlə oyuna qələbə üçün gedəcəyik".
Qeyd edək ki, Azərbaycan - Xorvatiya oyunu sentyabrın 3-ü keçiriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31