Azərbaycan yığması Belarusu darmadağın etdi

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Belarus yığması ilə yoxlama oyunu keçirib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, ABU Arena-da keçirilən oyunda millimiz 5:2 hesabı ilə qalib gəlib. Vitali Borisovun dubl etdiyi oyunda hərəyə 1 dəfə Eduardo Mello, Amadeo Fernandes və Samir Həmzəyev fərqlənib. Bu komandalar arasında növbəti oyun sabah- sentyabrın 2-də keçiriləcək. ABU Arena-da təşkil olunacaq görüş saat 20:30-da başlayacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31