"Qarabağ"da yeni hücumçu
1 Sentyabr 2015 13:12 İdman"Qarabağ" daha bir transferini gerçəkləşdirib. Qol.Az-ın məlumatına görə, Ağdam klubu isveçrəli hücumçu Samuel Armenterosu heyətinə cəlb edib. 25 yaşlı forvardın meneceri Serkan Kulup "goal.com"a açıqlamasında futbolçunun "Qarabağ"a keçidi haqda danışıb: "Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Anderlext", "Tottenhem" və "Monako" kimi klublarla mübarizə aparacaq. Bu, Samuelin özünü göstərməsi üçün yaxşı şansdır. "Qarabağ" Samuel üçün əla variantdır" - deyə o bildirib.
Qeyd edək ki, peşəkar karyerasında Hollandiyanın "Herenven" klubunda başlayan futbolçu son olaraq "Villem II"də çıxış edib. Bir vaxtlar "Anderlext"də oynayan Samuel icarə əsasında "Feyenord"un formasını da geyib. O, son klubunda 29 oyuna 11 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31