"Ayntraxt" Emil Balayevlə yolları ayırmaq istəyir

Almaniyanın "Ayntraxt" klubu 4 futbolçusu ilə yolları ayırmağı planlaşdırır. Qol.Az-ın  "Frankfurt" qəzetinin saytına istinadən yaydığı xəbərə görə, bu oyunçular arasında  millimizin qapıçısı Emil Balayevin də adı var. "Ayntraxt"ın baş məşqçisi Armin Fe yay fasiləsində 4 futbolçunun - Emil Balayev, Slobodan Medoyeviç, Vaslav Kadlets və David Kinsombi  ya satılmasını, ya da icarəyə verilməsini istəyib.  Ancaq sözügedən futbolçular üçün heç bir klubdan təklif göndərilməyib. Almaniya mətbuatı E.Balayev və digər futbolçuların bu mövsüm əsas heyətdə yer almaq şanslarının çox az olduğunu yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31