"Atletiko" Raul Qarsiya ilə yolları ayırdı
31 Avqust 2015 19:34 İdman"Atletiko" daha bir futbolçusu ilə yolları ayırıb. Qol.Az-ın xəbərinə görə, Madrid klubu yarımmüdafiəçisi Raul Qarsiyanı "Atletik"ə satıb. Bu barədə məlumatı Bilbao klubunun rəsmi saytı yayıb. Bildirilib ki, 29 yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra onunla rəsmi müqavilə imzalanacaq.
Qeyd edək ki, R.Qarsiya ötən mövsüm La Liqada oynadığı 31 matçda 9 qol vurub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31