"Məqsədimiz qrupdan çıxmaqdır" – "Krasnodar"ın futbolçusu

"Krasnodar"ın futbolçusu Pavel Mamayev Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib. Qol.Az-ın Rusiya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Rusiya Premyer Liqasının 7-ci turunda "Lokomotiv"ə məğlubiyyətdən sonra (1:2) püşkdən razı qalıb-qalmadığı ilə bağlı sualı belə cavablandırıb: "Əlbəttə. Biz qrupdan çıxmağı qarşımıza məqsəd qoymuşuq. "Borussiya" ilə oyunlarımız maraqlı olacaq. Qrup mərhələsində maksimum xal yığmaq lazımdır".

Qeyd edək ki, C qrupunda qərarlaşan "Krasnodar" "Borussiya" (Dortmund), PAOK (Yunanıstan) və "Qəbələ" (Azərbaycan) klubları ilə mübarizə aparacaq.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31