"Yuventus" biabır oldu

Milli.Az goal.az-a istinadən xəbər verir ki, İtaliya A Seriyasında 2-ci tur davam edir. Turun mərkəzi oyununda "Roma" və son çempion "Yuventus" qarşılaşıb. İlk oyunda "Udinese"yə məğlub olan "qoca sinyora" yenə azarkeşlərini sevindirə bilməyib. Oyunu 9 nəfərlə başa vuran Turin klubu 1:2 hesabı ilə uduzub.

İtaliya A Seriyası, 2-ci tur

Roma - Yuventus - 2:1
Qollar: Pyaniç 61, Dzeko 79 - Dibala 88

Qırmızı vərəqə: Rubinyo 66, Evra 78

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31