Türkiyə KİV-ləri "Qarabağ" və "Qəbələ"nin uğurundan yazdı
28 Avqust 2015 12:35 İdmanTürkiyənin nüfuzlu KİV-ləri Azərbaycan klubları "Qarabağ" və "Qəbələ"nin Avropa Liqasının qrup mərhələsinə yüksəlməsinə biganə qalmayıb. Qol.Az-ın məlumatına görə,"NTV Spor" telekanalının saytı "Azərbaycandan tarixi uğur", "TRT Spor" telekanalını saytı isə "Qarabağ"da böyük sevinc" başlıqlı xəbərdə klublarımızın uğurundan yazıb. Məşhur "Fanatik.com.tr" idman saytı klublarımızın oyunları barədə xəbəri "Azərbaycan futbolu dastan yazdı" başlığı ilə verib. Bundan başqa sporx.com , spor.mynet.com, və tr.eurosport.com saytları da klublarımızın uğurundan yazıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31