Roman Qriqorçuk: "İstəyirəm ki, nüfuzlu oyunçu transfer edilsin"
28 Avqust 2015 11:23 İdman"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsində "Panatinaikos"la Yunanıstanda 2:2 bərabərə qaldıqları oyundan sonra mətbuat konfransında matçı dəyərləndirib.Milli.Az goal.az-a istinadən xəbər verir ki, ukraynalı məşqçi tarixi uğuru belə dəyələndirib:"Oyunun ilk dəqiqələrindən yerli azarkeşlərin təzyiqi var idi. Bu da komandanın oyununa təsir etdi. Ancaq bu, bizim üçün problem deyildi. Çünki bütün bunlara hazır idik. İlk qoldan sonra rəqibin hücumlarını artırması normal idi. Amma qeyd etməliyəm ki, hücumdakı oyunumuzdan razı qalmadım.Mən istəyirəm ki, nüfuzlu oyunçu transfer edilsin. Amma ən başlıcası həmin oyunçu hazır olsun. Onun bu mərhələdə yaş fərqi yoxdu. Məsələn, futbolçumuz Aleksey Qayı misal göstərə bilərəm. Ümumiyyətlə, transfer etməmiz mümkün deyil".