""Qalatasaray”dan başqa heç bir klub ilə görüşməmişik"

"Qalatasaray"ın hollandiyalı futbolçusu Uesli Sneyderin meneceri Ntvspor-a açıqlama verib.Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçunun meneceri açıqlamasında deyib ki, "Qalatasaray" ötən mövsüm futbolçuya 2+1 illik müqavilə təklif edəcəkdi. Növbəti həftələrdə klub ilə görüşəcəyik. Biz "Qalatasaray"dan başqa heç bir klub ilə görüşməmişik. Sneyder komandanı və şəhəri çox sevir. Amma Sneyder yaxşı mübarizə aparan klubda oynamaq istəyir" - deyə bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31