Qapıçı 131-ci qolunu vurdu
27 Avqust 2015 19:35 İdmanBraziliyanın "San Paulu" klubunun qapıçısı Rojerio Seni karyerası ərzində 131-ci qolunu vurub. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu Braziliya kubokunun 1/8 final mərhələsində "Seara"ya qarşı cavab matçdında baş verib. 42 yaşlı qolkiper oyunun 45-ci dəqiqəsində penaltidən fərqlənib. Bununla da R.Seni futbol tarixində ən yaxşı qapıçı-bombardirlərin siyahısıda ilk pillədəki mövqeyini möhkəmləndirib.
Qeyd edək ki, "Seara" - "San Paulu" görüşü ikincilərin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31