Azərbaycan yığması bu gün Türkmənistanla qarşılaşacaq

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası bu gün Türkmənistan yığması ilə növbəti yoldaşlıq oyunu keçirəcək."Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə,ABU Arena-da təşkil olunacaq oyun saat 18:00-da başlayacaq. Xatırladaq ki, bu komandalar arasında avqustun 25-də keçirilmiş yoldaşlıq oyunu millimizin 5:0 hesablı qələbəsi ilə başa çatmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31