“Qəbələ” qrup mərhələsinə vəsiqə qazansın, qolu kimin vurması fərq etməz”
27 Avqust 2015 14:03 İdman"Panatinaikos"la oyunun çətin keçəcəyi dəqiqdir. Afinada bizi asan gəzinti gözləmir. Onu da bilirik ki, bu görüş "Qəbələ" üçün tarixi əhəmiyyət kəsb edir". Qol.Az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri "Qəbələ"nin hücumçusu Ermin Zets Avropa Liqasının "pley-off" mərhələsində "Panatinaikos"la cavab oyunu öncəsi deyib. Bosniyalı hücumçu görüşün çətinliyini qeyd edib: "Panatinaikos" böyük klubdur. Belə bir kollektivə qarşı səfərdə oynamaq çox çətindir. İlk görüşdəki oyunumuzu davam etdirsək, qalib gələ bilərik. Mən də komandamın uğuru üçün əlimdən gələni edəcəyəm. "Qəbələ" Avroliqanın qrup mərhələsinə vəsiqə qazansın, qolu kimin vurması fərq etməz".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31