Cavid Hüseynov evə buraxılmadı
27 Avqust 2015 13:31 İdmanBu gün Səbail rayon Məhkəməsində "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün verilən vəsatətə baxılıb. C.Hüseynovun vəkili Adəm Məmmədovun "Qafqazinfo"ya verdiyi məlumata görə, hakim Elşad Şamıyevin sədrliyi ilə keçən iclasda futbolçunun vəsatəti təmin edilməyib. Məhkəmədə çıxış edən C.Hüseynov isə özünü bu iş üzrə təqsirli bilmədiyini deyib.
Xatırladaq ki, avqustun 8-də Bakı şəhər sakini Əliyev Rasim Məmmədəli oğlu paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31