“Futbol festivalı” layihəsi Ağcabədidə

Azərbaycan Futbol Federasiyası Assosiasiyasının (AFFA) "Futbol festivalı" layihəsi çərçivəsində avqustun 26-da Ağcabədi rayonunda uşaq futbol məktəbinin üzvləri ilə görüş keçirilib. "Olaylar"ın məlumatına görə, görüşdə AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev uşaqlara 200 ədəd idman forması və 50 futbol topu hədiyyə edib. Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov və AFFA-nın vitse-prezidenti Rauf Əliyev ölkəmizdə idmanın inkişafı ilə bağlı dövlət proqramının uğurla həyata keçirilməsindən danışıb və gələcəyin futbolçularına öz tövsiyələrini veriblər. Tədbirdə millət vəkilləri Tahir Rzayev və Aqil Abbas da iştirak ediblər. ("OLAYLAR" İA)
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31