İbrahimoviç "Malmö"nü təbrik etdi

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç İsveçin "Malmö" klubunu Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib. Qol.Az-ın məlumatına görə, isveçli futbolçu sosial şəbəkələrdəki səhifəsindən "Malmö" haqda xoş sözlər yazaraq sabiq komandasına qrup mərhələsində uğurlar arzulayıb.

Qeyd edək ki, "Malmö" Çempionlar Liqasının "pley-off"unda "Seltik"i iki oyunun nəticəsinə görə üstələyərək (2:3, 2:0) qrup mərhələsinə vəsiqə qazanıb. Xatırladaq ki, İbrahimoviç 1999-2001-ci illərdə "Malmö"nün şərəfini qoruyub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31