"Qarabağ"la - "Yanq Boyz" oyunu üçün 18 min bilet satılıb
26 Avqust 2015 17:59 İdmanUEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"la İsveçrənin "Yanq Boyz" klubu arasında baş tutacaq cavab qarşılaşmasına bu günə qədər 18 min bilet satılıb. Bunu Trend-ə "Qarabağ" futbol klubunun mətbuat katibi Nurlan İbrahimov deyib. Oyun üçün biletlərin qara bazarda satılması məsələsinə münasibət bildirən N.İbrahimov deyib ki, bu məsələyə hüquq-mühafizə orqanları nəzarət edir. Onun sözlərinə görə, hər bir kassanın yanında post patrul xidməti fəaliyyət göstərir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31