Bakıda “Polo” üzrə Avropa çempionatı keçiriləcək

Son iki il ərzində paytaxtımız Bakıda Azərbaycan Respublikası Atçılıq Federasiyası və "Elite Horse and Polo Club"-un birgə təşkilatçılığı ilə iki tədbir baş tutdu. Möhtəşəm keçirilmiş "Arena Polo World Cup Azerbaijan" tədbirlərindən sonra Beynəlxalq Polo Federasiyası dünyada bir ilk olan 1-ci FİP Arena Polo Avropa Çempionatının Azərbaycanda keçirilməsinə qərar verib. Keçmiş iki il ərzində əldə olunmuş nailiyyətin nəticəsi olaraq bu il daha böyük tədbirin keçirilməsi qərara alınıb. Belə ki, 4-12 Sentyabr 2015-ci il tarixləri aralığında Almaniya, İrlandiya, İsveçrə, İtaliya, İspaniya və Azərbaycan komandaları olmaqla 6 kollektiv Birinci FİP Arena Polo Avropa Çempionatı Azərbaycan qalibi adı uğrunda mübarizə aparcaqlar. Tədbir Azərbaycan Respublikası Atçılıq Federasiyası, "Elite Horse and Polo Club" və "World Polo"-nun birgə təşkilatçılığı ilə keçiriləcək. Turnirin təqvimi belədir:
4 Sentyabr 16.30 Qapılar açılır 17.00 Azərbaycan - Almaniya 18.00 İspaniya - İtaliya 19.15 İsveçrə - İrlandiya 5 Sentyabr 16.30 Qapılar açılır 17.00 Azərbayca - İtaliya 18.00 İsveçrə - İspaniya 19.15 İrlandiya - Almaniya 6 Sentyabr 16.30 Qapılar açılır 17.00 İsveçrə - İtaliya 18.00 Almaniya - İspaniya 19.15 Azərbaycan - İrlandiya
10 Sentyabr 16.30 Qapılar açılır
17.00 Komanlaraın təqdimatı və açılış mərasimi 17.15 Azərbaycan - İsveçrə 18.00 İtaliya - Almaniya 19.15 İrlandiya - İspaniya 11 Sentyabr 16.30 Qapılar açılır 17.00 Almaniya - İsveçrə 18.00 Azərbaycan - İspaniya 19.15 İtaliya - İrlandiya 12 Sentyabr 17.00 Qapılar açılır 17.30 Azərbaycan Atlarının paradı. 18.30 5-ci yer uğrunda oyun 19.30 3-cü yer uğrunda oyun 20.30 Avropa Çempionatının finalı 21.30 Mükafatlandırma mərasimi 22.00 Elite Horse & Polo Club-da Polo Party at
Biletləri əldə etmək üçün əlaqə nömrələri:
(+994 12) 565 31 51
(+994 77) 498 00 00
(+994 55) 920 99 51
Bundan başqa biletləri Bakı şəhərindəki bütün kassalardan eyni zamanda www.araf.az internet saytında online əldə edə bilərsiniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31