Tərlan Əhmədov cəzalandırıldı
25 Avqust 2015 14:11 İdmanAFFA AZAL-ın baş məşçqisi Tərlan Əhmədovu cəzalandırıb. Trend-in PFL-in saytına istinadən yaydığı xəbərə görə, buna onun Azərbaycan Premyer Liqasının üçüncü turunda "Qarabağ"la matçın 82-ci dəqiqəsində hakimə qarşı emosional şəkildə etiraz etməsi səbəb olub. Etdiyi hərəkətə görə hakim tərəfindən texniki zonadan kənarlaşdırılan T.Əhmədova AFFA 1 oyunluq cəza tətbiq edib. Bu isə o deməkdir ki, T.Əhmədov 4-cü turda "Kəpəz"ə qarşı görüşü tribunadan izləməli olacaq.
Qeyd edək ki, AZAL - "Qarabağ" oyunu ikincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31