Çempionlar Liqasında "pley-off"cavab oyunları
"Qarabağ"ı mübarizədən kənarlaşdıran "Seltik" səfərdə "Malmö"nün qonağı olacaq
25 Avqust 2015 08:53 İdmanBu gün Çempionlar Liqasında "pley-off" mərhələsinin cavab oyunları keçiriləcək.
ANS PRESS-in məlumatına görə, "Qarabağ"ı mübarizədən kənarlaşdıran "Seltik" səfərdə "Malmö"nün qonağı olacaq.
İlk görüşdə rəqibinə 2:3 hesabı ilə uduzan İsveç təmsilçisi həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
5 qarşılaşmanın baş tutacağı ilk oyun günündə bütün oyunlara eyni vaxta (Bakı vaxtı ilə 23:45 də) başlanacaq.
Qeyd edək ki, Çempionlar Liqasında "pley-off" mərhələsinə sabah keçiriləcək 5 oyunla yekun vurulacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31