"Barselona"da birdən-birə iki ciddi itki
24 Avqust 2015 19:45 İdmanİspaniya La Liqasının ilk turunda səfərdə "Atletik"ə 1:0 hesabı ilə qalib gələn "Barselona" ciddi ilə üzləşib. Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisinin iki futbolçusu - Dani Alveş və Serxio Buskets zədələnərək sıradan çıxıb. Bilbaoda baş tutan görüşdə zədələnərək meydanı vaxtından əvvəl tərk etmək məcburiyyətində qalan hər iki futbolçunun durumu ciddidir. Busketsin 15 gün, Alveşin isə 1 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir.
Qeyd edək ki, Alveş La Liqada "Malaqa", "Atletiko", "Levante" və "Selta Viqo" ilə oyunlarla yanaşı, Çempionlar Liqasının iki qrup matçında da komandasına kömək edə bilməyəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31