AZAL-dan ən uğursuz start
24 Avqust 2015 19:35 İdmanAZAL Azərbaycan Premyer Liqasının ilk 3 turunda məğlub olub. Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu, Bakı klubunun tarixində ölkə çempionatlarında ən uğursuz startdır. 2005/06 mövsümündən Premyer Liqada çıxış edən komanda indiyədək ilk 3 turda belə uğursuz nəticə göstərməmişdi. Yalnız debüt mövsümündə 3 oyunda qələbə qazana bilməyən AZAL həmin vaxt 1 xalla kifayətlənib. Digər 9 mövsümün startında isə bakılılar ən azı 1 qələbə qazanıb. AZAL həm də ilk dəfə 3 oyunu qol vurmadan başa vurub. Debüt mövsümündə daha gec - III turda ilk qoluna imza atan bakılılar digər çempionatlarda ilk iki matçda ən azı 1 qol vurub. Xatırladaq ki, AZAL cari mövsümdə "Zirə"yə 0:1, "Qəbələ" və "Qarabağ"a eyni - 0:2 hesabı ilə uduzub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31