Azərbaycan – Türkmənistan oyununun tarixi dəyişdirildi
24 Avqust 2015 15:41 İdmanFutzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandasının Türkmənistan yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarının tarixi dəyişdirilib. "Olaylar"ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, qarşılaşmalar, əvvəlcədən xəbər verildiyi kimi, avqustun 24-də və 26-da deyil, avqustun 25-də və 27-də keçiriləcək. ABU Arena-da təşkil olunacaq hər iki oyun saat 20:00-da başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31