"Qarabağ" - "Yanq Boyz": bilet satışı başlayır
24 Avqust 2015 13:39 İdmanAvropa Liqasının "pley-off" mərhələsinin cavab görüşü çərçivəsində keçiriləcək "Qarabağ" - "Yanq Boyz" oyununun biletləri sabah satışa çıxarılacaq. Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə Ağdam klubunun baş meneceri Asif Əsgərov məlumat verib. O bildirib ki, bütün biletlər satışda olacaq. Biletlərin qiyməti 1-15 manat arasında dəyişir. VİP biletlərin qiyməti isə 50 manat olacaq. Biletlər Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarında satılacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31