Millimiz ilk oyununda qələbə qazandı
21 Avqust 2015 19:40 İdman19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunmuş "Baltic Cup" turnirində ilk oyununu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Litvanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız qələbə qazanıb - 1:0. Qolu Yaiza Relea vurub. Yığmamız növbəti oyununu avqustun 22-də Latviya komandasına qarşı keçirəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31