““Qarabağ” Berndə önəmli avantaj qazandı” – Dündar Keşaplı
21 Avqust 2015 12:12 İdman"İtaliya - Azərbaycan" Dostluq Cəmiyyətinin sədri, Türkiyənin TRT telekanlının futbol şərhçisi Dündar Keşaplı Avropa Liqasının seçmə mərhələsi çərçivəsində keçirilmiş "Yanq Boys" (İsveçrə) - "Qarabağ" (Azərbaycan) oyunu barədə danışıb. Azərbaycan təmsilçisinin çətin səfər oyununda yaxşı nəticə əldə etdiyini deyən D. Keşaplı, "Qarabağ"dan qrup mərhələsinə vəsiqə qazanmasını gözlədiyini bildirib: "Keçən il "Qarabağ" - "İnter" (Milan) qarşılaşmasında, Azərbaycan təmsilçisinə edilən ədalətsizlikdən sonra "Qarabağ" Avropada yoluna davam etmək üçün Berndə önəmli avantaj qazandı."Qarabağ"a uğurlar arzu edirəm. Monakoda Avropa Liqasının qrup mərhələsi üçün keçiriləcək püşkatmada "Qarabağ"ı da görmək istəyirik. Sinəmizi qabardan və bizi qürurlandıran "Qarabağ"ı və Azərbaycanı tərbik edirəm". Xatırladaq ki, avqustun 20-də İsveçrənin paytaxtı Bern şəhərində baş tutmuş oyunda "Qarabağ" "Yanq Boys"u Almeydanın vurduğu qolla 0-1 hesabı ilə məğlub edib. Cavab qarşılaşması bir həftə sonra Bakıda tutacaq. ("OLAYLAR" İA)